Moskvanın mərkəzində 31 yaşlı reper Navainin (əsl adı Nəvai Bəkirov) iştirakı ilə qəza baş verib.
OLAY yazır ki, sənətçi nömrəsiz “Ferrari” avtomobilini idarə edərkən idarəetməni itirərək svetofora çırpılıb.
Avtomobildə reperin dostu da olub. Şahidlərin sözlərinə görə, qəza baş verdikdən sonra Navai tələsik maşını tərk edib və başqa geyimə keçərək hadisə yerindən uzaqlaşmağa çalışıb.
Müğənniyə məxsus sportkar ciddi zədələr alıb. “Ferrari”nin dəyəri 47–68 milyon rubl arasında qiymətləndirilir, təmir xərcləri isə on milyonlarla rubl ola bilər.